Sabiq diplomat Tehran-Bakı əlaqələrinin müsbət məcraya keçməsini alqışlayır
Pakayin: İranın Qarabağla bağlı mövqeyi davamlı dostluq və qardaşlıq rəmzidir
İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Tehran-Bakı əlaqələrində yaranmış anlaşılmazlığın aradan qalxmasına görə məmnunluq ifadə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Mohün Pakayin bununla bağlı nüfuzlu Xəbər-Online portalında yazdığı məqalədə bildirib ki, xoşbəxtlikdən, İranın Yol və Şəhərsalma Nazirliyi tərəfindən müvafiq təlimatın verilməsi və İran yük maşınlarının Dağlıq Qarabağ bölgəsində hərəkətinin qadağan edilməsi və daha sonra iki iranlı yük maşını sürücüsünün buraxılmasının ardınca ölkələrimiz arasında daha yaxşı vəziyyət yaranıb. Bu istiqamətdə iki ölkənin xarici işlər nazirləri arasında bir neçə növbədə danışıqların aparılmas fikir ayrılıqlarının azaldılması və ortaqlıqların gücləndirilməsi istiqamətində müsbət və faydalı addımlar atılmışdır ki, dostluq münasibətlərinin gücləndirulməsinə gətirib çıxara bilər.
Sabiq diplomatın fikrincə, İran və Azərbaycan Respublikası arasında münasibətlər müxtəlif dövrlərdə problemlə üzləşsə də, heç vaxt böhrana düşməyib və iki ölkə rəsmilərinin iradəsi fikir ayrılıqlarının azaldılması və anlaşılmazlıqların ağıllı şəkildə aradan qaldırılması ilə nəticələnibdir. Bu arada hər iki tərəfin etimadı gücləndirmək üçün davamlı səyləri, iki ölkə arasında münasibətlərin inkişafına qarşı çıxan ölkələrin və medianın təsirinin neytrallaşdırılması, eləcə də mövcud maneələrin və problemlərin həlli üçün lazımi addımların atılması ikitərəfli əməkdaşlığı gücləndirmək üçün mühüm yoldur.
Pakayin sonra yazıb: Şühbəsiz ki, xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə Siyasi Məsləhət Komitəsinin fəaliyyətə başlaması və danışıqların davam etdirilməsi fikir ayrılıqlarını azaltmaqla yanaşı, həm də iqtisadi, sənaye, kənd təsərrüfatı, enerji, turizm və ticarət sahələrində əməkdaşlığa zəmin yaradacaq.
O, sonda vacib bir məqama diqqət çəkibdir ki, İran İslam Respublikasının Qarabağ müharibəsində Azərbaycan Respublikasına siyasi, hərbi və iqtisadi yardım göstərməsi və onun ərazi bütövlüyünə və ölkənin bütün işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək verməsi iki xalq arasında davamlı dostluq və qardaşlıq rəmzidir və bu, iki ölkə tərəfindən həmişə nəzərə alınmalıdır.