Şamxani Əfqanıstanda terrorun yayılması ilə bağlı xəbərdarlıq edib
-
Şamxani
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əfqanıstan və regionda İŞİD və təkfirçi terror qruplaşmalarının və məzhəb savaşlarının böyüməsi və yayılması ilə bağlı xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Şəmxani Yeni Dehlidə keçirilən 3-cü Regional Təhlükəsizlik Dailoqu Forumunda etdiyi çıxışında, deyib: "Hazırda biz Əfqanıstanda işğalçıların regional planlarından irəli gələn təhlükələrlə üz-üzəyik. Bu təhlükə bir tərəfdən İŞİD və təkfirçi terror təşkilatlarının mövcudluğu, böyüməsi və inkişafı, digər tərəfdən isə ölkədə məzhəb savaşı riskindən qaynaqlanır. Bu, isə regionda istər qonşu, istərsə də qonşu olmayan hamımız üçün problem yaradacaq".
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əfqanıstandakı mövcud vəziyyətlə bağlı üç əsas narahatlığın, bəzi ölkələrin terrorçu-təkfirçi ünsürlərin Əfqanıstana köçürülməsinə müdaxiləsi, yoxsulluğun və humanitar böhranın genişlənməsi və əfqan xalqının öz ölkələrində qala bilməsi üçün yardımları zəruri edən miqrasiya böhranının olduğunu vurğulayıb və qeyd edib ki, İran İslam Respublikası uzun illərdir Əfqanıstandan olan 3 milyondan çox qaçqını qəbul edib və indiyədək onların xərclərinin 96 fazidən çoxu İran mənbələrindən təmin edilib və beynəlxalq qurumlar yalnız 4 faiz yardım ediblər.
Şəmxani sözlərinin davamında deyib: "İclasda iştirak edən ölkələrin Əfqanıstandakı mövcud vəziyyətə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək, bu ölkədəki bütün etnik qrupların iştirakı ilə inklüziv hökumət qurmağa çalışmaq və Əfqanıstanda humanitar böhrana qarşı mübarizə də daxil olmaqla bir sıra vəzifələri var".
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi çıxışının başqa bir hissəsində ABŞ-ın Əfqanıstanı terrorla mübarizə bəhanəsi ilə 20 il əvvəl işğal etdiyini, lakin işğalın ilk illərində ABŞ-ın iddia etdiyi kimi ilham verici nümunəvi ölkə etmək əvəzinə, böhranlı Əfqanıstanı geridə qoyduğunu bildirib.
Əli Şəmxani, həmçinin Əfqanıstan xalqının öz imkanlarından istifadə edə bilməsi üçün ABŞ-a bu ölkənin maliyyə resurslarını sərbəst buraxması üçün təzyiq göstərmək, Əfqanıstanda təkfirçi terrorizm və İŞİD-ə qarşı mübarizə, bu qrupları maliyyələşdirməyin yollarını tapmaq və onların maliyyə imkanlarını kəsmək, miqrant böhranının həllinə və əfqan qaçqınlarını qəbul edən ölkələrə kömək etməyi də iştirakçı ölkələrin digər vəzifələrindən adlandırıb.