Noy 17, 2021 09:05 Asia/Baku
  • İran Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan və Azərbaycan Respublikası sərhəd məntəqələrində növbəti hərbi toqquşmalardan nigarançılıq ifadə edərək iki ölkəni təmkinli olmağa və gərginliyin artmasından çəkinməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən,İİR XİN-in mətbuat xidməti bildirib ki, Səid Xətibzadə ölkələrin tanınmış beynəlxalq sərhədlərə hörmətlə yanaşmalı olduqlarını vurğulayb, Bakı və İrəvanı problemləri müzakirə və dinc yollarla həll etməyə çağırıb. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan və Azərbaycan Respublikası sərhədlərindəki son gərginliklərin regionda sülh və tərəqqi uğrunda tədrici proses üçün təhlükəli adlandırıb və deyib: İran İslam Respublikası keçmişdə olduğu kimi, tərəflərə ixtilafları həll etmələri və regionda təhlükəsizlik və sabitliyin bərqərar edilməsi məqsədi ilə kömək etməyə hazırdır. 

Rusiyanın İnterfox xəbər agentliyi Ermənistan parlamentinə istinadla bildirib ki, son toqquşmalarda 15 erməni əsgər ölüb. 

Həmin xəbər agentlliyi Ermənistanın Müdafiə Nazirliyinə istinadla 12 erməni əsgərin də Azərbaycan Respublikası hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. 

Teqlər