Noy 21, 2021 14:19 Asia/Baku
  • Mahan
    Mahan

İranın «Mahan» aviasiya şirkəti bu hava yollarına qarşı kiber hücmuna dair xəbərə reaksiyada bildirib ki, «Mahan»ın kiber təhlükəsizliyi komandası sayıqcasına kiber hücumlarını zərərsizləşdirib və onun bütün uçuşları proqram əsasında həyata keçirilməkdədir.

SəhərAzəri-nin məlumatına əsasən, İranın «Mahan» aviasiya şirkətinin ictimai əlaqələr şöbəsi bu haqda belə bir məlumat yayıb: Şirkətin sistemlərinə qarşı kiber hücmuna dair xəbərin yayılmasının ardınca nəzərə çatdırılır ki, «Mahan» aviasiya şirkətinin ölkənin hava nəqliyyatı sənayesindəki yerinə əsasən, bu şirkətə qarşı bu kimi hücumlar müxtəlif zamanlarda və dəfələrlə həyata keçirilib ki, bəlkə onun fəaliyyətinə xələl gətirə bilmiş olsunlar.

Məlumatda sonra belə deyilir: Bu məsələ adi bir hadisə hesab edilir və «Mahan»ın kiber təhlükəsizliyi komandası daima sayıqcasına və vaxtında meydana girib və bu hücumları zərərsizləşdiribdir. Beləliklə elan edirik ki, «Mahan»ın bütün uçuşları proqram əsasında həyata keçirilməkdədir. Qarşıdakı uçuşlar da öncəki zaman cədvəli əsasında həyata keçiriləcəkdir.

 

Teqlər