İran İslam Respublikasının prezidenti Aşqabad sammitində çıxış etdi
Rəisi: İranın İƏT-ə (EKO) dəstəyi mütləqdir
İran İslam Respublikası prezidenti vurğulayıb ki, rəsmi Tehranın İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və onun fəaliyyətinə dəstəyi qeyd-şərtsizdir.
SəhərAzəri-nin məlumatına əsasən, prezident Seyid İbrahim Rəisi noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İƏT-in 15-ci Zirvə Toplantısında çıxış edərək deyib: İran Asiya ölkələri xüsusilə də Cənubi Asiya, Qərbi Asiya, Mərkəzi Asiya və Qafqazdakı qonşuları ilə iqtisadi əməkdaşlığa və tərəfdaşlığa önəm verir.
Rəisi əlavə edib: ABŞ-ın İrana qarşı zalımcasına sanksiyaları İran İslam Respublikasının qonşuları və regionla maksimum dərəcədə qarşılıqlı əməkdaşlığı onun iradəsini poza bilməyəcək qədər kiçikdir.
İran prezidenti həmçinin deyib: ABŞ qeyri-qanuni olaraq Nüvə Sazişindən çıxmaq və birtərəfli qeyri-qanuni sanksiyalar tətbiq etməklə, eləcə də “maksimum təzyiq” siyasətini qurmaqla öz maraqlarının regiondakı ümumi maraqlara uyğun olmadığını göstərdi.
Rəisinin sözlərinə görə, regionun xeyiri region xalqlarının qardaşlığı əməkdaşlığına bağlıdır və İran İslam Respublikası bu insani və İslami məqsədə çatmaq üçün bütün imkanlarından istifadə etməyə hazırdır.
İran hökumətinin başçısı qeyd edib: “EKO” məcmuəsi yarım milyard əhalisi, dünyadakı enerji resurslarının üçdə birinə sahiblik, Avropa ilə Çin və Rusiya ilə Fars Körfəzi və Hind Okeanı arasında körpü roluna malik olması, gənc və güclü insan qüvvəsi ilə yanaşı ona unikal mövqe qazandıran İslam adlı vacib bir mentaliteti də ehtiva edir.
Raisi sonra qeyd edib: “Biz təkcə bacarıqlı qonşular deyilik, həm də xalqlarımıza miras qalmış və eyni zamanda İslam mədəniyyətindən qaynaqlanan, bəşəriyyətin gələcəyini ən parlaq vəziyyətə aparmağa qadir olan, ölkələrimizin hərtərəfli əməkdaşlığını təmin edən əsil mentalitetin daşıyıcılarıq.”
İran prezidenti çıxışının sonunda vurğulayıb ki, İran üzv ölkələrin fiber-optik əlaqəsi, ortaq rəqəmsal platformaların yaradılması, texnoloji, elmi və akademik mübadilələr, informasiya və kommunikasiya texnologiyalarının mübadiləsi, regionda ortaq bazarların yaradılması və süni intellekt kimi sahələrdə üzv dövlətlərlə əməkdaşlığa hazırdır.