Şəhid Süleymaninin terroru ilə bağlı məhkəmə işinin yeni təfərrüatları açıqlanıb
https://azeri.sahartv.ir/news/İran-i383767-Şəhid_süleymaninin_terroru_ilə_bağlı_məhkəmə_işinin_yeni_təfərrüatları_açıqlanıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini şəhid Süleymaninin terroru ilə bağlı məhkəmə işinin yeni təfərrüatlarını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2021 10:00 Asia/Baku
  • Şəhid Süleymaninin terroru ilə bağlı məhkəmə işinin yeni təfərrüatları açıqlanıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini şəhid Süleymaninin terroru ilə bağlı məhkəmə işinin yeni təfərrüatlarını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini Söhrab Əli Şəmxani "Mehr" xəbər agentliyi ilə müsahibədə deyib: "General Süleymani Sepah-ın üzvü idi və bu korpus tərəfindən bir şikayət ərizəsi tənzimlənib və məhkəmə orqanlarına təqdim edilib".

Şəmxaninin sözlərinə görə, bu şikayət ərizəsi əməkdaşların səyləri sayəsində hərtərəfli və mükəmməl məlumatlara malikdir və onda ABŞ-ın keçmiş prezidenti Donald Tramp da daxil, 50 müttəhim var.

Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini əlavə edib: "Bu işdə bütün müttəhimlər amerikalıdırlar, baxmayaraq ki, bu qrupda Britaniyadan olanlar da var".

Şamxani nəticə əldə etmək üçün BMT-nin bu işə müdaxilə etməli olması barədə isə deyib: "Biz hətta beynəlxalq müstəvidə də bunu izləməliyik".