İslam parlamentləri İranın Fələstinə tam dəstək təklifini alqışlayır
-
Abbas Golru
İran İslam Şurası Məclisində İran-Fələstin Parlamentlərarası Dostluq Qrupunun rəhbəri vurğulayıb: "İslam ölkələrinin parlamentləri İranın Fələstinə tam dəstək təklifini müsbət qarşılayıblar".
SəhərAzəri-nin məlumatına əsasən,İran-Fələstin Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Abbas Golru "Xaneye Millət" xəbər agentliyi ilə müsahibədə Türkiyədə keçirilən Fələstini dəstəkləyən parlamentlərin konfransına toxunaraq, deyib: "Konfransda 50-dən çox İslam ölkəsi iştirak edib, konfransın mövzusu "Qüds bizim qırmızı xəttimizdir" olub. İştirak edən ölkələr isə fələstinlilərə dəstək üçün əməli addımların atılmasının vacibliyini vurğulayıblar".
İran-Fələstin Parlamentlərarası Dostluq Qrupunun sədri əlavə edib: "Konfransda fələstinli məhbuslar və İsrail həbsxanalarında olan qadın və uşaqlarla bağlı məsələlər qaldırılıb. Həmçinin Qüds məsələsi və Qüdsün beynəlxalq və hüquqi statusu da gündəmə gətirilib, habelə Qüdsün Fələstinin paytaxtı olduğu vurğulanıb".
Golru qeyd edib ki, bu konfransda, Britaniya tərəfindən Həmas-ın terror təşkilatı kimi tanımasının pislənilməsinə dair İranın mövqeyi vurğulanıb. Həmçinin İsrail rejiminin qurulmasından 73 ilin keçməsinə baxmayaraq, Fələstin xalqının hələ də işğal və zülm altında olduğu diqqətə çatdırılıb, region və İslam ölkələri tərəfindən əməli tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, həmçinin deyib: "İranın tədbirləri iki istiqamətdə ifadə edilib: Birincisi Fələstin müqavimət qruplarına dəstək, digəri isə Fələstin ərazilərində referendumun keçirilməsi üçün siyasi təşəbbüslə bağlı olub ki, hər ikisi də konfrans iştirakçıları tərəfindən müsbət qarşılanıb".
Qolrunun sözlərinə görə, İslam ölkələri və Fələstini dəstəkləyən ölkələrin parlamentləri tərəfindən bir günün "Fələstinlə Həmrəylik Günü" adlandırıb, elan edilməsi təklif olunub.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü qeyd edib ki, İranın təklifinin üçüncü istiqaməti, İslam ölkələrinin də Fələstini müdafiə etmək üçün uzunmüddətli strategiya üzərində düşünməsi məsələsi olub.
Qolru əlavə edib: "Konfransda, həmçinin parlamentlərin İsrail rejimi ilə münasibətlərin normallaşması da daxil, gündəmdə olan məsələlərə reaksiya vermələri və ya ən azından bir bəyanatla çıxış etmələrinin vacibliyi vurğulanıb".