Dek 11, 2021 22:14 Asia/Baku
  • Əsas qonşu ölkələrlə 20 illik əməkdaşlıq sənədi hazırlanır

Xarici İşlər Nazirliyinin sözçüsü yeni hökumətin xarici siyasətinin birinci prioritetinin mehriban qonşuluq olduğunu bildirib və deyib: "Bu siyasətdə dayanıqlı iqtisadi və ticarət əlaqələrinin qurulması çox mühüm rola malikdir".

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bir televiziya proqramında yeni hökumətin iqtisadi diplomatiyasının prioritetlərinə toxunaraq, deyib: "Bunlardan ən mühümlərindən biri İranın tranzit məziyətlərindən və İran istehsalçılarının qonşu ölkələrin bazarlarına çıxış imkanlarından istifadə etmək, həmçinin sərhədyanı ərazilərdə dayanıqlı infrastrukturun yaradılmasıdır.

Xətibzadə, qonşu ölkələrlə sərhədyanı bazaların və bazarların yaradılması vacibliyini vurğulayaraq, prezident Rəisi-nin qonşu ölkələrin hər birinə səfərinin planlaşdırıldığını və tezliklə bəzi dövlətlərin başçılarının, o cümlədən Türkiyə prezidentinin Tehrana səfər edəcəyini bildirib. 

"Biz qonşu ölkələrlə Xarici İşlər Nazirliyinin yeni proqramını yaratdıq; qonşu ölkələrlə 20 illik müqavilələrin bağlanması üzrə yol xəritəsi. Rusiya ilə bu proses demək olar ki, başa çatıb və Nazirlər Kabinetindən danışıqların aparılması üçün lazımi icazəni alacağıq və Çinlə hazırladığımız 25 il illik yol xəritəsi kimi, biz də bunu əsas qonşu ölkələrlə edə bilərik", - deyə XİN rəsmisi qeyd edib. 

O, əlavə edib: "Xarici İşlər Nazirliyi bu münasibətlərin tənzimlənməsində və asanlaşdırılmasında mütləq öz rolunu oynayacaq, lakin hamı bilir ki, Xarici İşlər Nazirliyi iqtisadi diplomatiyanın yalnız bir tərəfidir və şübhəsiz ki, digər nazirliklər və qurumlar da bizimlə əməkdaşlıq etməlidirlər".

Teqlər