Əmir Abdullahiyan: "İran MAQATE ilə yaxşı razılaşma əldə edib"
İranın xarici işlər naziri Vyanada İran İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında razılaşmanın əldə edilməsindən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri çərşənbə günü İranın qonşu ölkələrdəki səfirlərinin Xarici İşlər Nazirliyində keçirilən konfransda çıxış zamanı Vyana danışıqlarına toxunaraq əlavə edib: "Dünən axşam Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə yaxşı razılaşma əldə olunub ki, bu, İranın nüvə fəaliyyətləri ilə bağlı iddia edilən bəzi narahatlıqların aradan qaldırılmasını və AEBA ilə ikitərəfli əməkdaşlığın davam etdirilməsini təmin edəcək".
Əmir Abdullahiyan, həmçinin Vyanada 4+1 qrupu ilə son danışıqlar zamanı İranın müzakirə heyəti tərəfindən təklif olunan iki mətndə nüvə sazişindən kənar bəzi tələblərin olması ilə bağlı iddiaları təkzib edib və vurğulayıb: "Bu mətnlər Əhatəli Müştərək Təşəbbüs Proqramına tam uyğundur və onlarda kənar heç bir şey yoxdur".
"Bu mətnlər Tehranda onilliklər ərzində aparılan müzakirələrin nəticəsidir və bizim yanaşmamız qarşı tərəflərin İranın sülhməramlı nüvə proqramı ilə bağlı iddia etdikləri narahatlıqların aradan qaldırılması müqabilində Nüvə Razılaşması üzrə sanksiyaların tamamilə aradan qaldırmasıdır", - deyə İranın diplomatiya aparatının rəhbəri əlavə edib.
İranın xarici işlər naziri həmçinin qarşı tərəflərin də danışıqları xoş niyyətlə davam etdirəcəyinə ümid etdiyini bildirib.
İrana qarşı ədalətsiz sanksiyaların aradan qaldırılması ilə bağlı Vyanada keçirilən danışıqların yeni raundu noyabrın 29-dan başlayıb.
Danışıqların bu raundunda İranın müzakirə heyəti ciddi təşəbbüslə sanksiyaların ləğvi və nüvə fəaliyyətləri ilə iki mətni qarşı tərəflərə təklif edib.