Dek 16, 2021 18:34 Asia/Baku
  •  Əlirza Təngsiri
    Əlirza Təngsiri

Omanın hərbi heyəti Sepah-ın dəniz qoşunlarının komandanı ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Bir hərbi heyətə başçılıq edən Oman silahlı qüvvələrinin baş qərargah rəisinin müavini briqada generalı Əbdüləziz bin Abdullah Əlmənzəri Sepah-ın dəniz qoşunlarının komandanı kontr-admiral Əlirza Təngsiri ilə görüşüb.

Görüş iki ölkənin beynəlxalq hərbi əməkdaşlıqları və qarşılıqlı dənizçilik münasibətlərinin genişləndirilməsi istiqamətində keçirilib.

Dənizlərin hüquq protokolları və təlim anlaşmaları səviyyəsinin gücləndirilməsi, terrorizm və qaçaqmalçılıqla mübarizə, həmçinin əcnəbilərin müdaxiləsi olmadan regionda səbatlı təhlükəsizliyin bərqərarı, görüşdə nəzərdən keçirilən mehvər və mövzulardan olubdur.

 

Teqlər