Kanadada hicablı müəllimənin ixrac edilməsinə reaksiya
https://azeri.sahartv.ir/news/İran-i384166-kanadada_hicablı_müəllimənin_ixrac_edilməsinə_reaksiya
İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə rəis müavini və insan haqları qərargahının katibi Kanada hökumətindən Kvebek ştatının dövlət məkanlarında hicab və dini əlamətlərdən istifadəyə qarşı qadağa qanununu ləğv etməsini istəyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 17, 2021 10:11 Asia/Baku
  • Kanadada hicablı müəllimənin ixrac edilməsinə reaksiya

İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə rəis müavini və insan haqları qərargahının katibi Kanada hökumətindən Kvebek ştatının dövlət məkanlarında hicab və dini əlamətlərdən istifadəyə qarşı qadağa qanununu ləğv etməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən,Kazım Qəribabadi bir tvittdə Kanadanın Kvebek ştatının şəhərlərindəki məktəblərdən birində üçüncü ibtidai sinfin iranlı müəlliməsi Fatimə Ənvərinin ixracına reaksiya verib və Kanadanın federal hökumətindən məsələyə qarışmasını istəyib.

Qəribabadi bu mesajda vurğulayıb: Xanım Ənvərinin ixrac edilməsinə qarşı geniş etirazlara və bu ayrı-seçkilik qanunu ilə mübarizə aparan insanların etiraz səslərinə əsasən, Kanadanın federal hökuməti məsələyə qarışmaqla bu ştatın dövlət məkanlarında hicab və dini əlamətlərdən istifadəyə qarşı qadağa qanununu ləğv etməlidir.