Dek 17, 2021 13:43 Asia/Baku
  • Müzakirələri davam etdirəcəyik +VİDEO

İranın nüvə müzakirələrindəki baş müzakirəçisi danışıqların irəliləyişindən razılıq edib. Bildirib ki, bir neçə günlük fasilədən sonra müzakirələri davam etdirəcəyik.

SəhərAzəri-nin məlumatına əsasən,Əli Baqeri-Kəni bu gün öz tvitter hesabında belə yazıb: Digər heyətlərlə məşvərətlərdən sonra qarşıda duran yol barəcə söhbət edib, vəziyyəti dəyərləndirmək üçün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini və nüvə anlaşması üzrə birgə komissiyanın koordinatoru Enrike Mora ilə görüşdük.

İranın nüvə müzakirələrindəki baş müzakirəçisi sonra bunları yazıb: Bu həftə yaxşı irəliləyiş oldu. Cümə günü müştərək komissiyanın iclası keçiriləcək və bir neçə günlük fasilədən sonra müzakirələri davam etdirəcəyik.

Bu gün dörd üstəgəl bir qrupu, Avropa İttifaqı və İranın baş müzakirəçiləri arasında nüvə anlaşması üzrə birgə komissiyanın iclası keçiriləcək.

İclas Avropa İttifaqının xarici fəaliyyət xidmətinin baş katibinin müavini Enrike Mora və İranın baş müzakirəçisi Əli Baqeri-Kəninin sədrliyi altında dörd üstəgəl bir qrupu və İranın xarici işlər nazirliklərinin siyasi müdirləri və xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.

Müzakirələrin bu raundu ötən həftənin cümə axşamı günü başlanıb və heyətlər birgə komissiyanın iclasından dərhal sonra ixtilafların azaldılması üzrə səylərə və mətnlər üzərində işə başlayıblar.

Mətnlər üzərində danışıqlar sırf olaraq, işçi qrupları ilə məhdudlaşmayıb və tərəflər müxtəlif səviyyələr və formalarda nüvə və sanksiyaların aradan qaldırılması kimi iki sahədə işlə məşğul olublar.

 

Teqlər