"İran-Azərbaycan-Gürcüstan-Qara dəniz- Avropa" dəhlizi bu həftə işə düşəcək
https://azeri.sahartv.ir/news/İran-i384229-İran_azərbaycan_gürcüstan_qara_dəniz_avropa_dəhlizi_bu_həftə_işə_düşəcək
İranın Azərbaycan Respublikasındakı səfiri bildirib ki, İran-Azərbaycan Respublikası- Gürcüstan-Qara dəniz-Avropa dəhlizi bu həftə işə düşəcək.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 19, 2021 12:35 Asia/Baku
  • Seyid Abbas Musəvi
    Seyid Abbas Musəvi

İranın Azərbaycan Respublikasındakı səfiri bildirib ki, İran-Azərbaycan Respublikası- Gürcüstan-Qara dəniz-Avropa dəhlizi bu həftə işə düşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Abbas Musəvi bir tvittdə belə yazıb: Pakistan, İran və Türkiyənin daxil olduqları EKO koridorunun bərpasından, eləcə də Finlandiya, Rusiya, Azərbaycan Respublikası, İran, Fars Körfəzi və Hindistanın daxil olduqları Şimal-Cənub dəhlizinin sınaq olaraq işə salınmasından sonra bu həftə İran- Azərbaycan Respublikası- Gürcüstan-Qara dəniz-Avropa dəhlizi kimi yeni bir koridorun işə düşməsinin şahidi olacağıq.

Azərbaycan Respublikası, Ermənistan və Gürcüstana şamil olan üç Cənubi Qafqaz ölkəsindən və Rusiya, Türkiyə və İrana şamil olan bu bölgə ilə üç qonşu ölkədən təşkil olunmuş üç üstəgəl üç formatı adlı ilk regional əməkdaşlıqlar toplantısı bu ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində dekabrın onunda Moskvada keçirilib.