Dek 19, 2021 19:32 Asia/Baku
  • Hüseyn Əmir-Abdullahiyan
    Hüseyn Əmir-Abdullahiyan

İranın xarici işlər naziri İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında vurğulayıb ki, Əfqanıstanda stabil təhlükəsizlik yalnız kollektiv iştirak və əhatəli hökumətlə reallaşacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan bu gün Pakistanın İslamabad şəhərində keçirilən bu toplantıda deyib ki, Əfqanıstanda stabil təhlükəsizlik, həmçinin siyasi və ictimai sabitlik yalnız real kollektiv iştirak və bütün qövmlər və məzhəblərin rol oynayacaqları əhatəli və təsirli hökumətin təşkili yolu ilə müyəssər olacaq.

Əmir-Abdullahiyan əlavə edib: Bu məsələdə təxir, Əfqanıstan xalqının düşmənlərinə fürsət verəcək ki, həyatın ilkin ehtiyaclarını, səhiyyə və məişətdə böhranlı şəraiti, iqtisadi problemləri və İŞİD terrorizmini genişləndirməklə ictimai canilərdən ibarət geniş bir şəbəkəni fəallaşdırıb və 20 il işğaldan və hər hansı infrasturkturun məhv edilməsindən sonra hərc-mərclik, yoxsulluq və qıtlığı genişləndirib, bu ölkənin xalqına və Kabil başçılarına faydasızlığı qəbul etdirmiş olsunlar.

İranın xarici işlər naziri həmçinin deyib ki, İran, Əfqanıstanda stabil təhlükəsizlik, həmçinin siyasi və ictimai sabitliyi regionun kollektiv maraqları istiqamətində dəyərləndirir.

Əmir-Abdullahiyan sonra belə qeyd edib: Humanitar yardımlarda, həmçinin səbatsızlıq, əmin-amansızlıq və terrorizmlə mübarizədə müsəlman, region və qonşu ölkələrin vasitəçilikləri və xeyirxahlıqlarının kənarında hökumət və hökmranlıqda əhatəli iştirak, milli birlik və milli barışıq Əfqanıstan xalqına dəstək üçün ən təcili tədbir və aydın gələcəyə zəmanətdir.

İranın xarici işlər naziri söyləyib: İran islami və insani stimullara təkidlə Əfqanıstan xalqına humanitar yardımlarını davam etdirəcək.

Əmir-Abdullahiyan əlavə edib: Saxta sionist rejimlə saziş və münasibətlərin adiləşdirilməsi prosesi təcrübəsi göstərir ki, Fələstin məsələsi yalnız bu islami diyarın qanunsuz işğalına həqiqi və tam şəkildə son qoyulması ilə həllolunasıdır.

İranın xarici işlər naziri əlavə edib: İran bir daha demokratik həll yolu kimi müsəlman, xristian və yəhudilər daxil olmaqla Fələstin diyarının bütün əsl sakinlərinin iştirakı ilə əhatəli bir referendumun keçirilməsinə dair öz təklifinə təkid edir.

 

Teqlər