İki qardaş ölkə arasında münasibətlər inkişaf etdirilir
İranın XİN başçısı Bakıya səfər edir
Dek 20, 2021 18:32 Asia/Baku
Qarşıdan gələn həftə sonu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Bakıya səfər edəcək. Bu barədə bazar ertəsi keçirilən brifinqdə İran XİN-in mətbuat katibi bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə deyib ki, səfərin məqsədi ticarət sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Qeyd edək ki, bu həftə İran, Azərbaycan və Gürcüstan razılıq əldə edərək, Fars körfəzindən Qara dənizdə Bolqarıstan limanlarına qədər yeni nəqliyyat dəhlizini işə salıblar.
Bu nəqliyyat dəhlizi İran yüklərinin Avropaya nəqli problemini aradan qaldırır, habelə Hindistan, Pakistan və digər ölkələrdən malların Avropa regionuna tranzitini təmin edir.