Dek 21, 2021 13:25 Asia/Baku
  • İranın XİN rəhbərinin Bakıya səfəri gözlənilir

Turan İnformasiya Agentliyi dekabrın 22-də İranın xarici işlər naziri Əmir Abdullahian Bakıya səfərindən xəbər verib.

Agentlik diplomatik mənbələrdən aldığı məlumata istinad edərək yazır: Əmir Abdulahian Bakıya səfərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq, həmçinin prezident İlham Əliyev ilə görüşəcək.

Məlumatda Hüseyn Əmir Abdullahianın parlamentin spikeri Sahibə Qafarova ilə görüşəcəyi də bildirilir.

Məlumata görə, danışıqların mövzusu iqtisadi əlaqələrin inkişaf etdirilməsi, azad olunmuş ərazilərin bərpasında İran tərəfinin iştirakı, həmçinin İran Astarasından Azərbaycan vasitəsilə Gürcüstana və Qara dəniz limanlarına nəqliyyat dəhlizinin işə salınması məsələləri olacaq.

İranın Xarici İşlər Naizrliyinin sözçüsü Səid Xətibzadə də dünən verdiyi açıqlamada İranın xarici işlər naziri Əmir Abdullahianın cari həftənin sonunadək Azərbaycan Respublikasına rəsmi səfər edəcəyini bildirmişdir. Xətibzadəyə görə səfərdə iki ölkə arasındakı razılaşmaların icrası ilə bağlı məsələlər müzakirə ediləcək.

Teqlər