Hərbi təlimlərdə eyni vaxtda 16 ballistik raket atılıb
https://azeri.sahartv.ir/news/İran-i384401-hərbi_təlimlərdə_eyni_vaxtda_16_ballistik_raket_atılıb
Sepah-ın Böyük Peyğəmbər(s.ə.s.)-17 birgə hərbi təlimlərinin yekun etapında eyni vaxtda müxtəlif dərəcələrdən olan 16 ballistik raket atılıb və öncədən təyin edilmiş hədəflər məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2021 11:59 Asia/Baku
  • 16 ballistik raket atılıb
    16 ballistik raket atılıb

Sepah-ın Böyük Peyğəmbər(s.ə.s.)-17 birgə hərbi təlimlərinin yekun etapında eyni vaxtda müxtəlif dərəcələrdən olan 16 ballistik raket atılıb və öncədən təyin edilmiş hədəflər məhv edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu atışda Sepah-ın hava-kosmos qüvvələrinin uzaq, orta və qısa mənzilli raketlərindən istifadə olunub.

Hərbi təlimlərin bu mərhələsində İmad, Qədr, Sicil, Zəlzal, Dizful və Zülfüqar raketləri düşmənin simulasiya edilmiş həssas mövqelərini yüz faizlik dəqiqliklə nişan alıb və məhv ediblər.

Raketlərin atışı ilə bir zamanda, Sepah-ın hava-kosmos qüvvələrinin on ədəd hücum PUA-sı eyni zamanda ilk nöqtədən hərəkətə gəlib və öncədən təyin edilmiş hədəfləri məhv edib.