Dek 25, 2021 13:22 Asia/Baku
  • Rəisi:

İran İslam Respublikası prezidenti bir müraciətdə Həzrət İsa Məsihin (ə) viladəti münasibətilə dünya Katoliklərinin rəhbərini və bütün xristianları təbrik edərək, İsa Məsihin (ə) viladətinin qeyd olunmasını insansevərlik nümunəsini xatırlamaq üçün bir fürsət kimi qiymətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisinin Papa Fransiskə ünvanladığı təbrik müraciətində deyilir: "Bu mübarək mövlud gününü qeyd etmək Müqəddəs Məryəmə (s) hörmət etmək, insansevərlik nümunəsi və məzlumların nicatının müjdəçisi Həzrət İsa Məsihin (ə) zalımların zülmünə qarşı durmaqda və  bəşəriyyət üçün parlaq gələcəklə bağlı ümid bəxş etməkdə əxlaqi keyfiyyətlərini xatırlamaq üçün bir fürsətdir".

Prezident Rəisi daha sonra İbrahimi dinlərin ardıcıllarının qəlblərini, fikirlərini bir-birinə yaxınlaşdırmaq üçün göstərdiyi səylərə görə Papaya minnətdarlığını bildirib.

O, həmçinin Uca Allahdan Roma Papası Fransiskə sağlamlıq və müvəffəqiyyət, Allahın bütün bəndələrinə və bütün insanlara xoşbəxtlik və bərəkət diləyib. 

Teqlər