Dek 25, 2021 17:58 Asia/Baku
  • Rəisi:

İran İslam Respublikası prezidenti deyib: "Düşmənlərin hər hansı düşmən hərəkəti İran Silahlı Qüvvələrinin sərt və dağıdıcı cavabı ilə üzləşəcək".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi şənbə günü Nazirlər Kabinetinin iclasında İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın İran xalqının və regionun xalqlarının təhlükəsizliyini qorumaq səylərini yüksək qiymətləndirib və "Böyük Peyğəmbər (s.ə.s)-17" hərbi təlimlərini İran İslam Respublikasının İran xalqının mənafeyini və təhlükəsizliyini müdafiə etmək əzminin və qabiliyyətinin göstəricisi kimi xarakterizə edib. 

Rəisi İranı təhdid edənlərə xitabən deyib: "İran Silahlı Qüvvələrinin hər hansı düşmən hərəkətinə cavabı sərt və hərtərəfli olacaq, eyni zamanda, strateji parametrləri kökündən dəyişdirəcək".

Sepah-ın "Böyük Peyğəmbər(s.ə.s.)-17" birgə hərbi təlimlərinin yekun etapında eyni vaxtda müxtəlif dərəcələrdən olan 16 ballistik raket atılıb və öncədən təyin edilmiş hədəflər məhv edilib

Teqlər