Dek 28, 2021 11:18 Asia/Baku
  • Aslandüzdə yeni sərhəd buraxılış məntəqəsi açılacaq

İran-Azərbaycan sərhədində yeni nəzarət-buraxılış məntəqəsi açılır.

SəhərAzəri-nin məlumatına əsasən, İranla Azərbaycan arasında yeni sərhəd-keçib məntəqəsinin açılacağı barədə İranın Ərdəbil vilayətinin valisi Seyid Hamid Amili açıqlama verib. 

 Onun sözlərinə əsasən, İranın Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə Ərdəbil vilayətinin şimalı ilə Azərbacan arasında yeni sərhəd buraxılış məntəqəsi açılacaq. 

Vali qeyd edib ki, Azərbaycan ilə İran arasındakı münasibətlərin xüsusilə də mal daşımaları sahəsində inkişaf etdirilməsini asanlaşdırmaq məqsədilə Aslandüz-Horadiz istiqamətində sərhəd-keçid məntəqəsi açılacaq. 

"Aslandüz" nəzarət-buraxılış məntəqəsinin açılması iqtisadiyyat və sərhədyanı əlaqələrin çiçəklənməsi baxımından böyük əhəmiyyət daşıyacaq. 

Teqlər