General Süleymaniyə həsr olunmuş 7 dilli şer toplantısı
https://azeri.sahartv.ir/news/İran-i384517-general_süleymaniyə_həsr_olunmuş_7_dilli_şer_toplantısı
Oyanış Şairləri Cəmiyyətinin həmkarlığı ilə Hacı Qasım Süleymani, Əbu-Mehdi Əlmühəndis və onların köməkçilərinin şəhadətlərinin ikinci ildönümü ilə bir vaxtda «Sərt İntiqam» adlı ikinci şer toplantısı keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2021 10:50 Asia/Baku
  • Murtuza Heydəri Ali-Əksir
    Murtuza Heydəri Ali-Əksir

Oyanış Şairləri Cəmiyyətinin həmkarlığı ilə Hacı Qasım Süleymani, Əbu-Mehdi Əlmühəndis və onların köməkçilərinin şəhadətlərinin ikinci ildönümü ilə bir vaxtda «Sərt İntiqam» adlı ikinci şer toplantısı keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, «Sərt İntiqam» adlı ikinci şer toplantısının katibi, şair Murtuza Heydəri Ali-Əksir bildirib ki, dekabrın 18-dən etibarən, bu konfransın kənar tədbirləri başlanıb və konfrans bu il Oyanış Şairləri Cəmiyyəti tərəfindən yeddi dildə- fars, ərəb, İran türkcəsi, İstanbul türkcəsi, kürd, ingilis və ordu dillərində keçirilməlidir.

O, bildirib ki, qeyd olunan dillərin hər birində konfrans bir adla keçiriləcək və şairlər öz əsərlərini konfransın katibliyinə göndərə bilərlər.