İranın Londondakı səfiri: "Heç bir ölkənin düşmənçiliyindən qorxmayacağıq"
-
Möhsün Baharvənd
İranın Londondakı səfiri britaniyalı nazirin əsassız iddialarına cavab olaraq, deyib: "Biz heç bir ölkənin düşmənçiliyindən qorxmayacağıq".
SəhərAzəri-nin məlumatına əsasən, Möhsün Baharvənd İranı düşmən ölkə adlandıran İngiltərə hökumətinin naziri Damian Hindsin əsassız iddialrarına cavab olaraq, özünün İnstaqram səhifəsində yazıb: "Diplomatik əlaqələrimiz olan heç bir ölkə ilə düşmənçiliyi alqışlamırıq".
O əlavə edib: "Qarşılıqlı hörmət və qarşılıqlı maraqlar İranın xarici siyasətinin prinsiplərindəndir".
"Biz İranın təhlükəsizliyinin təmin edilməsində və milli maraqların qorunmasında israrlıyıq və öz prinsiplərimizə sadiq qalacağıq. Qarşılıqlı addım prinsipi də diplomatik münasibətlərdə ənənəvi və formalaşmış prinsiplərindən biridir ki, onu diqqət mərkəzində saxlayacağıq", - deyə Baharvənd qeyd edib.