Qəribabadi: "General Süleymaninin işi üzrə ittiham aktı məhkəməyə göndəriləcək"
İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini deyib: "General-leytenant Qasim Süleymaninin terrorunun səbəbkarlarının məhkəməsi yaxın iki ay ərzində keçiriləcək".
SəhərAzəri-nin məlumatına əsasən, Kazim Qəribabadi general Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində qeyd edib ki, cinayət işi, cinayətin baş verdiyi ölkə olaraq, İraqda açılıb, həmçinin Tehranın Ümumi və İnqilab prokurorluğunun beynəlxalq məhkəməsində də başqa bir cinayət işi açılıb və iki ölkə məsələni təqib etmək üçün birgə istintaq komitəsi yaradıb.
İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini, həmçinin Bağdad və Tehranda İran və İraq arasında iki ortaq hüquqi görüşün keçiriləcəyini açıqlayıb və deyib: "Bağdadda keçiriləcək üçüncü iclasından sonra ittiham aktı Tehran ədliyyəsinə göndəriləcək".
Qəribabadinin sözlərinə görə, bu prosesi izləmək üçün bu yaxınlarda təxminən yetmişə yaxın bu iş üzrə təqsirləndirilən və şübhəli bilinən şəxslərin məlumatlarını əks etdirən 300 səhifəlik cinayət sənədləri İraq tərəfinə təhvil verilib və İraq tərəfi də təqsirləndirilən şəxslər haqqında İrana bir sıra məlumat verib.
İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin terrorunda regionun üç ölkəsi və regiondan kənar üç ölkənin əlinin olduğunu bəyan edərək, deyib: " Bu terrorçu hərəkətin bayraqdarı ABŞ rejimidir ki, bu da müttəhimlərin çoxunun amerikalı olmasına səbəb olub".
İranın Məhkəmmə Hakimiyyətinin insan haqları qərargahının katibi beynəlxalq ictimaiyyətin ABŞ-ın terror aktı ilə bağlı susqunluğunu tənqid edərək, deyib: "Nə qədər ki, dünyada ikili standartlar hökm sürür, ədalətin bərqərar olunması asan olmayacaq".