Dek 31, 2021 13:35 Asia/Baku
  •  Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti müqəddəs müdafiə və hərəm müdafiəçiləri şəhidlərinin ailələrindən bir qrupu ilə görüşdə vurğulayıb ki, Hizbullah və regiondakı müqavimət cərəyanı bu gün üstün mövqeyə malikdirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Qum şəhərində keçirilən bu görüşdə amerikanların Suriya, Əfqanıstan və İraqdan qovulmalarına işarə ilə deyib ki, bu gün amerikalılar həmişəkindən zəifdirlər və fələstinlilər daxil olmaqla mübarizlər və Hizbullah qüvvələri regionda təşəbbüsü ələ alıblar.

Rəisi əlavə edib: Şəhidlər regionun təhlükəsizliyini təmin ediblər və bugünkü rahatlıq şəhidlərin qanları hesabınadır, amma düşmənlər əl çəkən deyillər və İŞİD-i Suriyadan Əfqanıstana köçürüblər.

Rəisi həmçinin Əfqanıstan olaylarına toxunub. Bildirib ki, Əfqanıstanın təhlükəsizliyi, İran İslam Respublikasının təhlükəsizliyi, oradakı əmin-amansızlıq da İranda əmin-amansızlıqdır.

Rəisinin sözlərinə görə: Bütün səylər buna yönəlibdir ki, Əfqanıstanda bu ölkə xalqına asayiş gətirəcək bir hökumət hakimiyyətə gəlsin və Əfqanıstan xalqı bu hökumətin bütün əfqan qrupları və qövmləri üçün olduğunu hiss etsin.

Rəisi söyləyib: Əfqanıstan xalqının dörd milyon nəfərə yaxın hissəsi İranda yaşayır və iranlılarla əfqanıstanlıların həyatı bir-birilə elə bağlanıbdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir.

Rəisi sonra belə qeyd edib: Amerikanın düzəltdiyi bir qruplaşma bütün regionu qarışdırmaq üçün gəldi və indi də Əfqanıstanda böyük bir təhdiddir. Əsaslara sadiq, mömin, müsəlman və şücaətli gənclərin mərdliklə dayanmaları bölgənin əmin-aman olmasına səbəb olub.

İran prezidenti vurğulayıb ki, İŞİD sionistlər tərəfindən yaradılıb və onlar İŞİD-ə onların tərəfindən addımlar atmağı və regionu qarışdırmağı tapşırıblar.

Rəisi vurğulayıb: Şəhid general Qasım Süleymani bir şəxs deyil, bir məktəb idi; bu məktəb Əba Əbdillah məktəbinin davamıdır və elə buna görə, İslam İnqilabının Böyük Rəhbəri şəhid Süleymani məktəbinin tanınmasını qarşıya vəzifə qoyublar.

 

Teqlər