Yan 01, 2022 11:01 Asia/Baku
  • Xətibzadə:

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü elm və tədqiqat sahəsində, o cümlədən aerokosmik sahədə irəliləyişlərin İran xalqının ayrılmaz hüququ olduğunu bildirib və deyib: "Heç bir qətnamə İranın kosmik proqramına və onunla bağlı sınaqlara, o cümlədən peyk daşıyıcıları sahəsində tətqiqatlar aparmasına mane olmur".

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bəzi Amerika və Avropa rəsmilərinin Simurq peyk daşıyıcısının sınaqdan çıxarılması ilə bağlı son iddialarına cavab olaraq, deyib: "Elmi və tədqiqat sahəsində, o cümlədən aerokosmik sahədə irəliləyiş İran xalqının ayrılmaz hüququdur və bu cür müdaxiləçi bəyanatlar iranlıların bu sahədə irəliləyiş əzmini qıra bilməz". 

Xətibzadə əlavə edib: "Heç bir qətnamə İran İslam Respublikasına aerokosmik tədqiqatları və onunla bağlı sınaqları, o cümlədən peyklər sahəsində tədqiqatlar aparmağı qadağan etmir, beləliklə, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə istinad etmək tamamilə yanlışdır və kökündən həqiqətə uyğun deyil”.

Xətibzadə həmçinin qeyd edib ki, İran hökuməti və xalqı qeyri-qanuni və ədalətsiz sanksiyalara baxmayaraq, aerokosmik sahəsində əldə etdikləri yerli elmi innovasiyalar və dinc texnologiyalara görə, öz alim və elit övladlarına minnətdardır".

İranın Müdafiə Nazirliyi cümə axşamı ölkənin yerli istehsalı olan “Simurq” (Feniks) peyk daşıyıcısının uğurla kosmosa buraxıldığını elan edib. 

«Simurq» peyk daşıyıcısı 250 kiloqramadək olan peykləri yerin 500 kilometrlik orbitində yerləşdirmək gücünə malikdir.

Həmişə qabaqcıl texnologiyaları inhisara almağa çalışan ABŞ və bəzi müttəfiqləri iddia ediblər ki, İranın kosmosa raket və peyk buraxması BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir. 

Teqlər