Yan 03, 2022 14:49 Asia/Baku
  • Qəribabadi
    Qəribabadi

İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini deyib: "Şəhid Hacı Qasim Süleymaninin terroru ilə bağlı cinayət işi üzrə 125 şübhəlinin və əsas müttəhimlərin əksəriyyəti ABŞ hökumətində olan şəxslərdir".

SəhərAzəri-nin məlumatına əsasən, İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini və İnsan Haqları Şurasının katibi Kazim Qəribabadi İran Televiziyasının ikinci kanalına verdiyi müsahibədə əlavə edib: "Bu sayda şübhəli və təqsirləndirilən şəxsdən əlavə bəzi digər ölkələr də bu cinayətə dəstək veriblər". 

O, qeyd edib ki, İran İslam Respublikasının məqsədi cinayətin baş verdiyi ölkə olan İraq hökuməti ilə əməkdaşlıq edərək, bu terror cinayətinin bütün təşkilatçıları və icraçılarını müəyyən edib, məhkəməyə verməkdir". 

Qəribabadi əlavə edib: "Bu terrorçu cinayətin təşkilatçıları və icraçılarının başında ABŞ-ın keçmiş prezidenti Donald Tramp dayanır. Tramp belə bir terror cinayətini törətdiyini etiraf edən və bunu şərəf sayan bir şəxsdir. Onun etirafı beynəlxalq məhkəmələrdə istinad ediləsi bir sənəd hesab olunur". 

Onun sözlərinə görə, general Hacı Qasim Süleymaninin terroru ilə bağlı cinayət işi cinayət müstəvisində araşdırılır və bu iş tezliklə yekunlaşacaq.

Qeyd edək ki, bu gün 2022-ci il yanvarın 3-ü İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Qüvvələrinin komandanı general-leytenant Hacı Qasim Süleymaninin şəhadətinin ildönümüdür. 

Teqlər