Qaani: Şəhid Süleymaninin intiqamını öz üslublarımızla alacağıq
https://azeri.sahartv.ir/news/İran-i384769-qaani_Şəhid_süleymaninin_intiqamını_öz_üslublarımızla_alacağıq
Sepahın Qüds Korpusunun kamandanı bəyan edib ki, şəhid Süleymaninin intiqamı mütləq alınacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2022 09:15 Asia/Baku
  • Qaani: Şəhid Süleymaninin intiqamını öz üslublarımızla alacağıq

Sepahın Qüds Korpusunun kamandanı bəyan edib ki, şəhid Süleymaninin intiqamı mütləq alınacaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı İsmayıl Qaani deyib: "Bizdə cinayətkarların malik olduğu üslublar yoxdur, bizim öz üslublarımız və metodlarımız var. Qasim Süleymaninin intiqamını özümüzə məxsus metodlarla alacağıq."

General Qaani qeyd edib ki, bu addım Sepah-ın özünə məxsus üslubları ilə həyata keçiriləcək.

“Müsəlmanlar və dünyanın azad insanları intiqamı alacaqlar. Elə bir intiqam alınacaq ki, ömrünüzdə eləsini görməmisiniz. Şəhid Süleymaniyə qarşı terrorda əli olanların hamısı, ABŞ-ın cani prezidentindən tutmuş, aşkarda və gizlində olan hər kəs dünyanın azad insanlarının diqqətindən yayınmayacaqlar”, deyə İsmayıl Qaani bildirib.