İranın XİN başçısı Oman rəsmiləri ilə görüşüb
İranın xarici işlər naziri Oman kralının müavini ilə görüşüb, ikitərəfli əlaqələrlə yanaşı, mühüm regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian Fəhəd Bin Mahmud Ali Səid ilə görüşdə, mehriban qonşuluq siyasəti çərçivəsində Fars körfəzi regionu ölkələri, xüsusilə də Oman Krallığı ilə əməkdaşlığın genişləndirilməsini vurğulayıb.
İranın diplomatiya aparatının sədri Yəmən böhranı ilə bağlı, böhranın əvvəlindən İran İslam Respublikasının dialoqa və siyasi həll yoluna əsaslanan prinsipial baxışına toxunaraq, Yəmən xalqının problemlərinin həlli üçün siyasi həll yolu və dialoqun vacibliyini vurğulayıb.
Oman kralının müavini Fəhəd Bin Mahmud Ali Səid də bu görüşdə, iki ölkə arasında sıx və qardaşlıq münasibətlərinə toxunaraq, iki tərəfli əməkdaşlıqların inkişafını və Omanın region ölkələrinin inteqrasiyasında rol oynamaqda maraqlı olduğunu vurğulayıb.