İran prezidenti Dumada çıxış edəcək
https://azeri.sahartv.ir/news/İran-i385181-İran_prezidenti_dumada_çıxış_edəcək
İran İslam Respublikası Prezident Administrasiyasının sözçüsü bildirib ki, İbrahim Rəisi Rusiyaya səfərdə Vladimir Putinlə görüşdən əlavə, Rusiya Dövlət Dumasında da çıxış edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2022 15:34 Asia/Baku
  • İbrahim Rəisi
    İbrahim Rəisi

İran İslam Respublikası Prezident Administrasiyasının sözçüsü bildirib ki, İbrahim Rəisi Rusiyaya səfərdə Vladimir Putinlə görüşdən əlavə, Rusiya Dövlət Dumasında da çıxış edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Belə bir halda, Kreml bir bəyanatda bildirib ki, iki ölkənin dövlət başçıları 2015-ci il nüvə anlaşması da daxil olmaqla ikitərəfli həmkarlıqlarla bağlı bütün mövzular barədə danışacaqlar.

İran dövlətinin sözçüsü deyib ki, danışıqlar və iclasların mehvəri, Rusiyaya ixracatın genişləndirilməsi və ticari-iqtisadi əlaqələrin gücləndirilməsidir.

Əli Bahadori-Cəhromi əlavə edib ki, iqtisadiyyat və neft üzrə fəallarla görüş və universitetdə iştirak, cənab Rəisinin gigər proqramlarındandır.