Avropa Troykası: "Vyana danışıqları son mərhələyə qədəm qoyub"
Vyanada sanksiyaların ləğvi ilə bağlı danışıqlarda üç Avropa ölkəsinin nümayəndələri bildiriblər ki, danışıqlar son mərhələyə yaxınlaşıb və siyasi qərarlara ehtiyac var.
SəhərAzəri-nin məlumatına əsasən, Almaniya, İngiltərə və Fransa nümayəndələri birgə bəyanat verərək, bildiriblər ki, yanvar danışıqları bu günə qədər bu danışıqların ən intensiv dövrü olub.
Bəyanatın davamında deyilir ki, hamı bilir ki, biz siyasi qərarlar tələb edən son mərhələyə çatırıq, ona görə də nümayəndə heyətləri məsləhətləşmələr üçün paytaxtlarına qayıdacaqlar.
Bundan əvvəl məsələ ilə yaxından tanış olan bir mənbə bildirmişdi ki, Vyanada danışıqlar aparan nümayəndə heyətləri arasında əldə olunan razılaşmaya əsasən, danışıqların 8-ci raundu təxminən bir həftə dayandırılıb və iştirakçılar məsləhətləşmələr və təlimatlar almaq üçün öz paytaxtlarına qayıdacaqlar.
Avropa İttifaqının Vyana danışıqlarındakı nümayəndəsi Enrike Mora da öz Tvitter səhifəsində yazıb: "Dekabrın 27-dən başlayan və bu günə qədər danışıqların ən uzun raundlarından biri olan Vyana danışıqlarının səkkizinci raunduna fasilə verildi".
Danışıq qrupları ötən günlərdə sazişin mətni və bəzi mübahisəli məsələlərlə bağlı qərarların üzərində işləyirdilər.
Danışıqların bu turunda tərəflər arasında razılaşmaya əsasən sanksiyaların ləğvi, ABŞ-ın öhdəliklərini yerinə yetirilməsinin təmin edilməsi və bunun yoxlanılması ilə bağlı ekspertlər və siyasi səviyyədə danışıqlar aparılıb.