Yan 30, 2022 12:03 Asia/Baku
  • Pakayin: Nəqliyyat imkanları iki ölkənin gəlirlərini artıracaq

İran İslam Respublikasının Bakıdakı keçmiş səfiri bəyan edib ki, Azərbaycan və İranın nəqliyyat imkanları iki ölkənin gəlirlərini artıracaq.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib: İran və Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində yerləşən əsas ölkələrdir:

“Astaraçay üzərində yeni körpünün inşa olunması, Rəşt-Astara dəmiryolunun tikilməsi, Astarada dəmiryol terminalının inşasının başa çatdırılması, Naxçıvan-Məşhəd sərnişin qatarının fəaliyyətinin bərpa olunması, yol və nəqliyyat əməkdaşlıqlarının artırılması, Fars körfəzi – Qara dəniz marşrutunun yaradılması, dəniz əməkdaşlıqları iki ölkənin gəlirlərini artıra biləcək nüanslardır”, – deyə o qeyd edib.

M.Pakayin qeyd edib ki, xüsusilə 35 km uzunluğunda Rəşt-Ənzəli dəmiryolu tikilərək istifadəyə verilərsə, İran, Azərbaycan, Rusiya və Xəzəryanı ölkələr arasında dəniz yükdaşımaları artacaq.

Keçmiş səfir deyib ki, bir sözlə Azərbaycan və İranın potensialları iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əsaslı rol oynaya bilər.

Teqlər