Yan 30, 2022 12:44 Asia/Baku
  • Rəşt-Astara dəmiryolunun tikintisi diqqət mərkəzində saxlanılır

Rəşt-Astara dəmiryolunun tikintisi diqqət mərkəzində saxlanılır. İran İslam Respublikasının yol və şəhərsalma naziri belə deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Rüstəm Qasimi qeyd edib ki, İranın məqsədi Qafqaz, Rusiya və Avropa ölkələri ilə tranzit əlaqələri qurmaqdır. Bu məqsədlə İranın şimalındakı Gilan əyalətində 165 kilometrlik Rəşt-Astara dəmiryolunun tikintisi "Şimal-Cənub" dəhlizini aktivləşdirəcək.

Qasiminin fikrincə, bu xətt istismara veriləndə İran dəmiryolları ilə Azərbaycanın dəmiryolları şəbəkəsi birləşəcək. Dəmiryolunun tikintisi İran prezidentinin Rusiyaya səfəri zamanı müzakirə olunub. Yaxın vaxtlarda layihə üçün maliyyə ayrılaraq tikintiyə başlanacağı gözlənilir.

Xatırladaq ki, “Şimal-Cənub” layihəsinin tam gücü ilə işə düşməsi üçün əsas maneə İran ərazisindəki Qəzvin-Rəşt-Astara dəmiryol xəttinin hələ tikilib başa çatmamasıdır.

Ümumilikdə Astara-Rəşt hissəsinin tikintisi 2 milyard dollara başa gələcək.

Qasimi həmçinin Astara terminalı ilə bağlı deyib ki, Azərbaycan Respublikası investisiya ilə bağlı öhdəliklərinin bir hissəsini yerinə yetirib. Terminalda problemlər var ki, onların bir qismi İrana, bir qismi isə Azərbaycana qayıdır.

Onun fikrincə, Azərbaycan Respublikasının prezidenti və hökuməti İran İslam Respublikası ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir və Azərbaycan və İran prezidentləri bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

 O, Azərbaycan Respublikası ilə İran arasında ticarət, iqtisadiyyat, enerji, gömrük və investisiya sahələrində dərin əlaqələrə malik olduğunu qeyd edərək deyib: Bu sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün iki ölkə arasında yaxşı imkanlar mövcuddur. Məhz bu istiqamətdə Korona epidemiyasının son iki ildə davam etməsinə baxmayaraq, İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi son iki ildə son 11 ay bir il əvvəllə müqayisədə 30% çox olub. Yol hərəkəti də 62,5% artıb və bu müddət ərzində iki ölkə arasında yüklərin tranziti bir gün belə dayanmayıb.

Rüstəm Qasimi həmçinin qonşularla əlaqələrin inkişaf etdirilməsini İran hökumətinin prioritetlərindən biri kimi qeyd edib və İranın Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsində iştirakına toxunaraq deyib: İşğaldan azad edilmiş torpaqların bərpasında İran şirkətləri mühüm rol oynaya bilər.

Teqlər