Yan 31, 2022 20:30 Asia/Baku
  • Xətibzadə
    Xətibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü Qüdsü işğal edən rejimin həyatının terror və zorakılıqdan asılı olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında sionist rejim başçısının Birləşmiş Ərəb Əmirliklərinə son səfəri barədə deyib: "Böhran yaradan bu saxta rejim terror, zorakılıq və qan tökməklə öz varlığını davam etdirir. Sionist rejim aparteid siyasətlərini izləyir və proqressiv hərəkətlər və üstün irq siyasətini həyata keçirir". 

İranın diplomatiya aparatının sözçüsü Vyana müzakirələrinin dayandırılmasına toxunaraq, deyib: "Son üç həftə ərzində aparılan danışıqlar bütün sahələrdə əhəmiyyətli irəliləyiş əldə edib və əgər qarşı tərəflər xüsusilə də ABŞ İran tərəfinin haqlı tələblərini təsdiqləyərsə və nüvə anlaşmasından daha çoxunu tələb etməzsə, biz tez bir zamanda qalıcı və etibarlı razılaşma əldə edə bilərik".

Teqlər