Rəisi: "İmamın xalqa baxışı formal və siyasi baxış deyildi"
İran İslam Respublikası prezidenti deyib: "Mərhum İmam Xomeyninin (r.ə) xalqa baxışı nəinki formal və siyasi baxış deyildi, o həzrət, həm də xalqın iştirakına və qüdrətinə inanırdı".
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi çərşənbə günü Nazirlər Kabinetinin İmam Xomeyninin (r.ə) və İslam İnqilabının şəhidlərinin amalları ilə əhd-peymanın təzələnməsi mərasimində çıxışı zamanı deyib: "Allaha təvəkkül etmək və insanları cəlb etmək əsrin böyük islahatçısının dinc hərəkatında iki əsas prinsip idi".
Prezident Rəisi əlavə edib ki, mərhum İmam Xomeyninin (r.ə) xalqa baxışı formal və siyasi baxış deyildi, amma dünya siyasətçiləri əməldə xalqa fikir vermirlər".
İran İslam Respublikasının prezidenti xalqa diqqətin həmişə ümumi təsirlərə malik olduğunu bildirərək, deyib: "Harada uğur əldə edilirdisə, xalq meydanda idi".
Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi və nazirlər kabinetinin üzvləri bu gün İmam Xomeyninin (r.ə) pak məqbərəsinə gediblər, onlar mərhum imamın məzarları üzərinə gül dəstələri düzərək və fatihə oxuyaraq, İslam İnqilabının böyük memarına ehtiramlarını bildiriblər və onun amalları ilə əhd-peymanlarını təzələyiblər.