İran Yəmən müharibəsinin dayandırılmasına çağırır
H.Əmir-Abdullahiyan: Yəmən müharibəsinin davam etməsi heç kimin xeyrinə deyil
H.Əmir-Abdullahiyan: Yəmən müharibəsinin davam etməsi heç kimin xeyrinə deyil
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının XİN başçısı bəyan edib ki, Yəməndə qarşıdurmaların genişlənməsi və müharibənin davam etməsi oradakı tərəflərin, habelə regionda heç kimin xeyrinə deyil.
Hüseyn Əmir-Abdullahiyan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayid Ali-Nəhyanla telefonla söhbəti zamanı Yəməndəki müharibənin dayandırılmasının vacib olduğunu və bu müharibənin həm Yəməndə həm də regionda kimsənin xeyrinə olmadığını söyləyib.
İran XİN rəhbəri eyni zamanda İsrail prezidentinin BƏƏ-ə səfərinə toxunub və bildirib ki, sionist rejiminin bölgədə hazır olması bütün regionu və onun dövlətlərini təhdid edir.
“Regionda münaqişələri yaradan səbəbkarların bölgədə ayaq açmasına imkan verməmək üçün səy göstərilməlidir”, - deyə Əmir-Abdullahiyan əlavə edib.