Fev 04, 2022 15:26 Asia/Baku
  • Əmir-Abdullahian
    Əmir-Abdullahian

İranın xarici işlər naziri vurğulayıb ki, İran və Səudiyyə Ərəbistanı regionun və İslam Dünyasının mühüm ölkələridirlər. O, İran-Ərəbistan həmkarlığının regionun və İslam Dünyasının problemlərinin həllinə kömək edəcəyinə ümidvarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian dünən axşam İslam Əməkdaşlığı Təşkilatının baş katibi Hüseyn İbrahim Taha ilə telefon əlaqəsində onunla İslam Dünyası və İslam Ümmətinin məsələləri, İran ilə bu təşkilat arasında iki və çoxtərəfli əməkdaşlıq və əlaqələr prosesi, İranın bu təşkilat yanındakı nümayəndəliyinin yenidən açılması və iki tərəfi maraqlandıran bəzi regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Əmir-Abdullahian İslam Əməkdaşlığı Təşkilatının baş katibinin İranın Ciddədə, bu təşkilatın katibliyi yanındakı nümayəndəliyinin yenidən açılması üzrə səylərini yüksək qiymətləndirib.

Hüseyn İbrahim Taha da bu telefon söhbətində İran İslam Respublikasının bu təşkilatın nəzdindəki nümayəndəliyinin yenidən açılması və fəal iştirakını alqışlayıb.

Taha İslam Əməkdaşlığı Təşkilatının təsisçi və fəal üzvü kimi İranın rolunu son dərəcə mühüm və təsirli adlandırıb. Vurğulayıb ki, bu təşkilat bütün islami ölkələrin iştirakı və aktiv əməkdaşlığı olmadan İslam Dünyasının problemlərini həll etməyə qadir olmayacaq.

Biz bütün qardaşlar və üzvləri bu təşkilata tam dəstək verməyə çağırırıq.- deyə, Hüseyn İbrahim Taha bildirib.

İran-Ərəbistan danışıqlar prosesinin keçirilməsinə dəstək elan edən İslam Əməkdaşlığı Təşkilatının baş katibi vurğulayıb ki, islami ölkələr arasında problemlərin baş verməsi təəssüf və narahatlıq doğurur və bu təşkilat müsəlman və qardaş ölkələri sülh və dialoqa çağırır.

Teqlər