Fev 11, 2022 16:52 Asia/Baku
  • Höccətülislam Məhəmməd Cavad Hacı Əli Əkbəri
    Höccətülislam Məhəmməd Cavad Hacı Əli Əkbəri

Tehranın cümə namazı xitabətçisi deyib ki, İslam İnqilabı arxada qoyduğu yolda zəiflərin ümidi və dünyanın azadlıqsevər xalqlarının dayağı olub və dünyada mənəviyyata rövnəq bəxş edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Məhəmməd Cavad Hacı Əli Əkbəri Tehranın cümə namazı xütbələrində əlavə edib ki, İran İslam İnqilabı tarixi bir inqilabdır.

“22 bəhmən- İslam İnqilabının qələbəsinin ildönümü günü İran xalqını düzgün yolda qərar verib.”- deyən Tehranın cümə namazı xitabətçisi qeyd edib ki, zalımların kabusu olan İran İslam İnqilabı məyus xalqların ümidinə səbəb olub və qarşıda duran yolda da elə bu cür olacaqdır.

Tehranın cümə namazı xitabətçisi həmçinin bildirib ki, düşmənin media imperiyası qarşısında bəyan cihadı, qəti və təcili fərizədir.

O, deyib ki, bəyan cihadı xalqın bütün təbəqələri üçün qəti bir zərurətdir və xalqın müxtəlif təbəqələri şeytani düşüncə otaqlarında istehsal olunan məsələlərə şəkk-şübhə ilə yanaşmalıdırlar.

Teqlər