"Mehdinin mövqeyi" filmi "Büllur Simurq" mükafatına layiq görüldü;
Azərbaycanlı sərkərdənin həyat hekayəsi Fəcr Film Festivalının qalibi oldu
Tehranda keçirilən 40-cı Fəcr Film Festivalında ən yaxşı film nominasiyası üzrə "Büllur Simurq" mükafatı "Mehdinin mövqeyi" filminə görə, Həbibullah Valinejada verildi.
SəhərAzəri-nin məlumatına əsasən, "Mehdinin mövqeyi" filmi XX əsrin səksəninci illərinda baş vermiş müqəddəs müdafiə zamanı 31-ci Aşura diviziyasının komandanı, məşhur azərbaycanlı sərkərdə şəhid "Mehdi Bakiri"nin hərbi həyatından bəhs edir. Bu film "Sima Film"in sponsorluğu və Hadi Hecazifərin rejissorluğu ilə çəkilib və altı hissəli bir mini serialın xülasəsidir ki, 40-cı Fəcr Film Festivalında "Rəvayəte Fəth Fondu" tərəfindən nümayiş etdirildi.
Qeyd edək ki, Mehdi Bakiri İranın Səddamın təcavüzkar ordusu qarşısındakı qələbələrində təsirli rol oynayıb və Bədr əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Bəkrinin şücaəti İran İslam Respublikasının siyasi və hərbi rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib və bu azərbaycanlı sərkərdə bir örnək kimi yad edilir.
Hadi Hecazifərin çəkdiyi "Mehdinin mövqeyi" filmində Hadi Hecazifər, Jila Şahi, Vəhid Hecazifər, Məsumə Rəbbaniniya, Vəhid Ağapur və Ruhullah zamanı rol alıblar.