Səfir Seyid Abbas Musəvi əlaqələrin inkişaf tempindən razılıq ifadə edib
"İran və Azərbaycan arasında iqtisadi əlaqələr yüksəlir"
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri iki ölkə arasında iqtisadi əlaqələrin yüksəlməkdə olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, səfir Seyid Abbas Musəvi deyib: “Koronavirus xəstəliyinin yayılması iqtisadi-ticarət əlaqələrinə ziyan vurub, xüsusən də sərhədyanı bölgələrdə əlaqələrin səviyyəsi korlanıb, lakin iki ölkənin rəsmiləri qısa müddətdə onu artırmaqda qərarlıdırlar.”
Seyid Abbas Musəvi bazar ertəsi günü Biləsuvar gömrük və sərhəd terminalını ziyarət etmək çərçivəsində şəhər rəsmiləri ilə görüşdə əlavə edib ki, iki ölkə arasında ticarətin həcmi 400 milyon dollar səviyyəsindədir, lakin bunun artırılması gözlənilir. İki ölkə arasındakı ticarət gələn iki ildə 1 milyard dollara çatdırılacaq.
Diplomat Azərbaycan Respublikası ilə sərhəd mübadiləsinin payının artırılmasının gündəmdə olduğuna işarə edərək qeyd edib: Ərdəbil vilayəti və Biləsuvar şəhəri iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin bu şəkildə genişlənməsində təsirli rola malikdir.
Musəvi həmçinin Biləsuvarda iki ölkənin sərhəd sakinləri arasında gediş-gəlişin dayandırdığını ifadə edərək deyib: “Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasında Biləsuvar sərhəd məntəqəsində iki ölkə vətəndaşlarının gediş-gəlişinin bərpası müzakirə olunacaq və qərar qəbul ediləcək.
O, Biləsuvarda ticarət əlaqələri və insanların gediş-gəlişinin aktivləşdirilməsinin gündəmdə olduğunu vurğulayıb.