Fev 14, 2022 15:32 Asia/Baku
  • Ayətullah Şeyx İsa Qasim
    Ayətullah Şeyx İsa Qasim

Bəhreyn inqilabının mənəvi lideri 14 fevral inqilabının ildönümü münasibətilə etdiyi çıxışda bütün dünya müsəlmanlarını sionist rejimlə saziş və onun ekspansionizmi qarşısında dayanmağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bəhreyn xalqının 14 fevral inqilabının 11-ci ildönümü ilə bağlı anım mərasimi dünən (13 fevral) gecə Qumdakı İmam Sadiq (ə) İnstitutunun akt zalında keçirilib. Bu mərasimdə Bəhreyn inqilabının mənəvi lideri Ayətullah İsa Qasim çıxış edib.  

Ayətullah İsa Qasim çıxışında vurğulayıb: "Bəhreyndə və ya qeyri-Bəhreyndə yaşayan, İslam və qeyri-İslam ölkələrindən olan hər bir müsəlmanın üzərinə ağır vəzifə düşür ki, bizi İsrailin bir parçası olmaq vəziyyətinə sövq etdirmək istəyən zalımcasına siyasətin qarşısında dayansın". 

O əlavə edib: "Sionist rejimin öz ordusunun yüksək rütbəli zabitini Bəhreyndə yerləşdirməkdə məqsədi, öz hegemonçu və təcavüzkar hərəkatlarını Bəhreyndən idarə etmək və göstərişlərini birbaşa verməkdir. Bu hesabla ölkəmizin tamamilə işğal altında olduğunu bilməyimiz üçün daha nə qalıb"?

Teqlər