Borrel Vyanada uğuru əlçatan adlandırıb
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, həmçinin nüvə anlaşmasının bərpası müzakirələrinin koordinatoru Cozep Borrel Vyana müzakirələrinin uğur qazanacağına nikbin yanaşıb.
SəhərAzəri-nin məlumatına əsasən, Borrel dünən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla telefon əlaqəsindən sonra anlaşmanın əlçatan olmasına nikbinlik ifadə edib.
Borrel tvitter-də yazıb: Nüvə anlaşmasının koordinatoru kimi inanıram ki, anlaşma əlçatandır. Yekun səyi göstərib, anlaşmaya nail olmağımızın zamanı gəlib çatıbdır.
İranın xarici işlər naziri Əmir-Abdullahian dəfələrlə bildiribdir ki, yekun razılaşma, İran xalqının hüquq və maraqlarına nailolma şərtilə bütün haqsız sanksiyaların ləğvi üzrə məntiqli müzakirələr çərçivəsində olmalıdır.
Eyni zamanda, ABŞ Dövlət Departamenti Vyanada nüvə anlaşmasının bərpası üzrə müzakirələrin hazırkı mərhələsini onun yekun mərhələsi adlandırıb.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bazar ertəsi günü belə deyib: Həqiqət budur ki, nüvə anlaşmasına ikitərəfli qayıdış imkanını müəyyən edəcək müzakirələrin yekun və təsiredici etapındayıq.
Ned Prays həmçinin deyib: Vaxt azdır; bizim hamımız, o sıradan avropalı şəriklər, Çin və Rusiya bir anlaşmaya təcili nailolma ardıncayıq.