Fev 16, 2022 14:17 Asia/Baku
  • Əmir-Abdollahian
    Əmir-Abdollahian

İranın xarici işlər naziri ABŞ-ın öhdəliklərini yerinə yetirməkdə pis keçmişinə toxunaraq, vurğulayıb: "ABŞ Konqresi Vaşinqtonun nüvə razılaşmasına sadiq qalacağı barədə siyasi bəyanat verməlidir".

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian "Financial Times" qəzetinə eksklüziv müsahibəsində deyib ki, ABŞ Konqresi siyasi bəyanat formasında sazişə sadiqliklərini bəyan etməlidir.

Əmir Abdullahian deyib: "Prinsipial olaraq, İranda ictimai rəy amerikalıların nüvə anlaşmasından çıxması ilə əlaqədar olaraq, bir dövlət başçısının sözlərini zəmanət kimi qəbul edə bilməz buna görə də İran Qərb tərəflərinə təklif edib ki, onların parlamentləri və ya parlament sədrləri, o cümlədən ABŞ Konqresi siyasi bəyanat şəklində sazişə sadiq qalacaqlarını bəyan edə və Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına qayıtsınlar". 

Məlumata əsasən, İranın xarici işlər naziri vurğulayıb: "Vaşinqton, İranın heç bir tərəfin razılaşmadan imtina edə bilməyəcəyinə dair zəmanət tələbini yerinə yetirə bilməyib və Birləşmiş Ştatlar 2018-ci ildə keçmiş prezident Donald Trampın dövründə bir dəfə nüvə anlaşmasından çıxıbdır".

Teqlər