Fev 18, 2022 20:04 Asia/Baku
  • Qəribabadi
    Qəribabadi

İran Məhkəmə Hakimiyyəti başçısının beynəlxalq məsələlər üzrə müavini və bu hakimiyyətin İnsan Hüquqları Qərargahının katibi Avropa Parlamentinin İranda həyatın alınması cəzası barədəki qətnaməsinə reaksiyada deyib ki, bu qətnamə siyasi qərəzlərə əsaslanır.

SəhərAzəri-nin məlumatına əsasən, Kazım Qəribabadi əlavə edib: Avropa Parlamentinin başdan-ayağa yalan və yayındırıcı fikirlərə malik olan qətnaməsi İrandakı reallıqla uyuşmur və tamamilə siyasi məqsədlərlə işlənib hazırlanıbdır.

İran Məhkəmə Hakimiyyəti başçısının beynəlxalq məsələlər üzrə müavini bildirib ki, edam cəzası qanunlar əsasında əlli beş ölkədə tətbiq edilir. O, Avropa Parlamenti və Avropa ölkələrindən istəyibdir ki, ölkələrin qanunlarına və insan hüquqlarındakı müxtəlifliyə hörmət etsinlər.

Qəribabadi bildirib ki, həyatın alınması cəzası vətəndaş və siyasi hüquqlar üzrə müahidəyə əsasən, ciddi cinayətlər üçün yolveriləsi sayılıb. O, Avropa standartlarının başqalarına, hətta mövcud beynəlxalq zərurətlərdən də geniş surətdə qəbul etdirilməsini tənqid edib və onu ölkələrin suverenliyi ilə təzadlı adlandırıb.

İran Məhkəmə Hakimiyyətinin İnsan Hüquqları Qərargahının katibi Avropa Parlamenti nümayəndələrinin terrorçu münafiqlər qruplaşmasını müdafiə etmələri və onları siyasi müxaliflər adlandırmalarını tənqid edib və belə söyləyib: Əlləri on iki mindən çox günahsız iranlının qanına boyanmış, öz terror fəaliyyətlərini davam etdirməkdə olan, azad şəkildə Avropa ölkələrində gediş-gəliş edən və Avropa Parlamentinə də əlçatanlığı olan bu qruplaşmanın terrorçu cinayətlərinə siyasi tamahlara görə göz yuman Avropa Parlamentinin bəzi nümayəndələrinə ar olsun!

 

Teqlər