İran xarici işlər nazirinin məşvərət və görüşləri davam edir
Fev 19, 2022 13:27 Asia/Baku
İranın xarici işlər naziri dünən axşam 58-ci Münhen təhlükəsizlik konfransının kənarında Niderland, Almaniya, Bosniya, Belçika və Qətərin xarici işlər nazirlərilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Adbullahian bu görüşlərdə öz həmkarları ilə beynəlxalq və regional məsələlər barədə söhbət edib.
Münhen təhlükəsizlik konfransı cümə günündən etibarən, üç gün müddətinə, dünyanın müxtəlif ölkələrindən gəlmiş rəsmilərin və təhlükəsizlik ekspertlərinin iştirakı ilə keçirilir.
Bu konfrans cari ildə koronanın omikron ştammının yayılması səbəbindən, ölkələrin başçılarının məhdud sayının iştirakı ilə keçirilir.