Fev 22, 2022 14:51 Asia/Baku
  • Təbii qaz dünya enerjisinin gələcəyini formalaşdıran amildir

İran İslam Respublikasının prezidenti Qətərdə qaz ixrac edən ölkələr assambleyasının yığıncağında deyib ki, təbii qaz dünya enerjisinin gələcəyini formalaşdıran amildir və cəmiyyət üçün mühüm enerji mənbəyi sayılır.

SəhərAzəri-nin məlumatına əsasən, Qaz İxrac edən Ölkələr Assambleyasının altıncı konfransı bu gün səhər İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin, üzv ölkələrin dövlət başçıları və nümayəndələrinin iştirakı və Qətər əmirinin çıxışı ilə «Dünyada Enerji Təhlükəsizliyi» mehvərilə rəsmən işə başlayıb.

Yığıncaqda İran, Əlcəzair, Misir, Liviya, Nigeriya, Qətər, Rusiya, Venesuela, Trinidad və Tobaqonun prezident, baş nazir və energetika nazirləri, həmçinin Azərbaycan Respublikası, İraq, Malayziya, Norveç, Peru və Birləşmiş Ərəb Əmirliklərinə şamil olan nəzarətçi üzvlər iştirak edirlər.

Seyid İbrahim Rəisi bu konfransda deyib: Biz iri təbii qaz ehtiyatlarına malik olan və bu qazı ixrac edən ölkələr kimi, öz mesajımızı açıq şəkildə dünyaya elan etməliyik. Bu konfransda məqsəd, üzv ölkələrin suverenliyini himayə və təbii qaz kəşfiyyatları üçün daha çox əməkdaşlıqdır.

Rəisi deyib: Biz iri təbii qaz ehtiyatlarına malik olan və bu qazı ixrac edən ölkələr kimi, təbii qaza olan tələbatın təhlükəsizliyinin yüksəldilməsi istiqamətində qaz ixrac edən ölkələr assambleyasının vəzifəsi və məqsədlərini izləməklə yaxın və uzaq perspektivlərdə dayanıqlı enerji təmini və zəmanəti üçün dünyaya şəffaf mesaj verə bilərik.

İran İslam Respublikasının prezidenti bildirib ki, dünya bu şüarın həyata keçməsi üçün hazırda keçmişdəkindən daha çox kollektiv səyə ehtiyac duyur.

Rəisi sonra belə qeyd edib: Təbii qaz təmiz və təhlükəsiz bir yanacaq kimi, istehsal qabiliyyətli zəngin mənbələrlə, gələcək onilliklər üçün dünyanın istehlak etdiyi enerjinin tərkibindən diqqətəlayiq payı özünə aid edəcək və digər yanacaqlarla müqayisədə öz ekoloji, texniki və iqtisadi məziyyətlərini qoruyub saxlayacaqdır.

İran İslam Respublikasının prezidenti söyləyib: Qaz ixrac edən ölkələr assambleyasının üzvləri kimi, bizim yanaşmamız, dünya bazarına daha çox təbii qaz təqdimatı və humanitar cəhətlərə malik bir yanaşmadır.

Teqlər