Səfir Musəvi Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i386334-səfir_musəvi_azərbaycan_sahibkarlar_konfederasiyasının_prezidenti_ilə_görüşüb
İran İslam Respublikasının Bakıdakı səfiri Azərbaycan Respublikası İşəgötürənlər Konfederasiyasının prezidenti ilə görüşüb və iki ölkə arasında ticarət əlaqələrindəki son inkişafları müzakirə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2022 10:19 Asia/Baku
  • Səfir Musəvi Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti ilə görüşüb

İran İslam Respublikasının Bakıdakı səfiri Azərbaycan Respublikası İşəgötürənlər Konfederasiyasının prezidenti ilə görüşüb və iki ölkə arasında ticarət əlaqələrindəki son inkişafları müzakirə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Musəvi cümə günü günortadan sonra Azərbaycan İşəgötürənlər Konfederasiyasının prezidenti Məhəmməd Musayevlə görüşüb.

Görüşdə iki ölkə arasında ticarət və biznes əlaqələrindəki son inkişaflar, xüsusilə də bəzi mövcud maneələrin aradan qaldırılması müzakirə edilib.

Görüş zamanı iki ölkənin özəl sektorunu təmsil edən ticarət nümayəndə heyətlərinin mübadiləsi, yarmarkaların təşkili, bank əməliyyatları, ticarətin canlandırılması və digər maraqlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.