Mart 05, 2022 11:03 Asia/Baku
  • Rafael Qrossi Tehrana daxil olub

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Tehrana gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, nümayəndə heyətinə başçılıq edərək və İran İslam Respublikası rəsmiləri ilə İran və Agentlik arasında texniki əməkdaşlığın davam etdirilməsi ilə bağlı müzakirələr aparmaq üçün əldə olunmuş razılaşmaya əsasən, Rafael Qrossi cümə günü axşam saatlarında Tehrana gəlib və İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi tərəfindən qarşılanıb. 

Onun bu gün İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşü planlaşdırılır.

Səfər Vyanada İran və 4+1 qrupu ölkələri arasında danışıqların səkkizinci mərhələsinin davam etdiyi vaxta təsadüf edir.

Teqlər