Mart 08, 2022 15:07 Asia/Baku
  • Culfa sərhəd
    Culfa sərhəd

İranın Şərqi Azərbaycan vilayətinin valisi deyib ki, Culfa-Naxçıvan dəmiryolu istiqamətində qatarların hərəkətinin töhfəsi, geniş ticari, turizm və diplomatik mübadiələrdir.

SəhərAzəri-nin məlumatına əsasən, Zeynəlabidin Rəzəvi-Xürrəm dünən Culfa sərhəd terminalından baxış keçirərkən əlavə edib: Culfa-Naxçıvan dəmiryolu istiqamətində qatarların hərəkəti, İran və Naxçıvan Muxtar Respublikasının birgə hədəfidir və işin sürətlənməsi üçün mövcud maneələr aradan qaldırılmalıdır.

İran dövlətinin qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi zəminlərinin yaradılması üzrə siyasətinə toxunan Şərqi Azərbaycan vilayətinin valisi deyib: Azərbaycan Respublikası və Naxçıvanla turizmin genişləndirilməsi istiqamətində cəlbedici ticarət və turizm paketləri işlənib hazırlanıbdır.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni də regionun yeni bir şəraitlə üzləşdiyini bildirib. Qeyd edib ki, regionun nəqliyyat sahəsində yeni hadisələr baş veribdir.

Hüseyni əlavə edib: Qonşu ölkələrin xalqları İranla gediş-gəlişə böyük maraq göstərirlər və sərhəd vilayətləri bu ölkələrin vətəndaşlarının gediş-gəlişləri üçün öz infrastrukturlarını hazırlamalıdırlar.

 

Teqlər