Mart 12, 2022 13:22 Asia/Baku

İran İslam Respublikası nüfuzlu din xadimi azərbaycanlı ruhani məhbus Şeyx Sərdar Hacıhəsənlinin azad edilməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Cümhuriyyətinin müqəddəs Qum şəhərinin imam-cüməsi, İran İslam Respublikası Elmiyyə Hövzələrinin rəisi Ayətullah Əlirza Ərafi azərbaycanlı ruhani məhbus Şeyx Sərdar Hacıhəsənlinin azad edilməsini istəyib.

Müraciətdə deyilir:

"Biz İran və Azərbaycan xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsinin tərəfdarıyıq. Bu iki xalq İslam ümmətinin ayrılmaz hissələridir və bir ümmətdir. Biz dövlətlərin bir-birilə qarşılıqlı və səmimi əlaqələr yaratmasını dəstəkləyirik. İran Azərbaycan torpaqları işğal olunan vaxt möhtərəm müsəlman bacı və qardaşlarının yanında oldu və onları dəstəklədi, indi də yanındadır və dəstəkləyir. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi üçün çalışır. Biz bunların hamısını dəstəkləyirik. Amma dostcasına və xeyirxahlıqla İran xalqı və Qum Elmi Hövzələr adından Azərbaycan hakimiyyətinə bir şeyi xatırlatmaq istəyirik. Bu xatırlatma onların özlərinin xeyrinədir. Təəssüflər olsun ki, bir müddətdir, bizim bəzi dəyərli və əziz azərbaycanlı ruhani və tələbələrimiz, Azərbaycanın dəyərləri və sərmayələri olaraq zindanlara məhkum ediliblər. Dəyərli dostumuz Şeyx Sərdar Hacıhəsənli hal-hazırda zindandadır. Biz Azərbaycan hakimiyyətinə deyirik ki, bu yaxşı iş deyil. Bu alimlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda çoxlu səy göstərmiş və çalışmışlar. Bunlar sizin elm və mədəniyyət sərmayələrinizdirlər, onların qədrini bilin. İslam ümmətinin və Elmi Hövzələrin sizdən gözləntisi budur ki, bu əzizləri zindandan azad edib onlara ehtiram edəsiniz. Bizim Azərbaycan hakimiyyətindən istəyimiz budur ki, alimlərə hörmət olunsun, qeyrətli və şücaətli gənclərin qədrini bilin, İslam dəyərlərini qoruyun. İsraillə əlaqələrinizi kəsin, bu sizdən dini bir gözləntidir. Siz İslam və şiə ölkəsisiniz. Bu əzizlər zindanlarda əziyyət çəkməməlidirlər. Ümüd edirik ki, Azərbaycan hakimiyyəti bu dostcasına xatırlatmaya müsbət cavab verəcək", - deyə müraciətdə qeyd olunur. 

Teqlər