Mart 13, 2022 20:39 Asia/Baku
  • Sepah
    Sepah

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsi bir bəyanatda sionistlərin şər və fitnə üzrə strateji mərkəzinin dəqiq raketlərlə vurulmasına işarə ilə vurğulayıb ki, hər hansı şər işin təkrarlanması sərt, qətiyyətli və dağıdıcı cavabla üzləşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər saatlarında sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın İraqın Ərbil şəhərində yerləşən iki casusluq bazası İslam İnqilabı Keşikçiləri Korpusunun dəqiq raketlərilə hədəfə alınıb.

Bu geniş raket əməlliyyatının ardınca Amerikanın/ İraqın Kürdüstan bölgəsinin Ərbil şəhərində yerləşən konsulluğunda təhlükə siqnalları səsləndirilib və ABŞ hərbçilərinin İraqdakı bütün bazaları tam hazır vəziyyətə gətirilib.

Sionist rejimin son şər hərəkətlərinin, həmçinin şər və fitnə üzrə strateji mərkəzinin hədəfə alınmasının ardınca Sepah-ın ictimai əlaqələr şöbəsi bir bəyanatda bildirib: Saxta sionist rejimin son cinayətlərinin və bu nəhs rejimin həmin cinayətləri və şər işlərinin cavabsız qalmayacağına dair öncəki bildirişin ardınca dünən gecə sionistlərin şər və fitnə üzrə strateji mərkəzi İslam İnqilabı Keşikçiləri Korpusunun güdrətli və dəqiq raketləri tərəfindən hədəfə alınıb.

Bəyanatda İran xalqına müraciətlə deyilir: İslami vətənin təhlükəsizliyi və asayişi İran İslam Respublikası silahlı qüvvələrinin qırmızı xəttidir və bu qüvvələr heç kəsə ona qarşı təhdid və təcavüz icazəsi verməyəcək.

 

Teqlər